Sevda Yahyayeva imza günü keçirəcək

Sevda Yahyayeva imza günü keçirəcək

Müğənni Sevda Yahyayevanı sevənlərə xoş xəbər var. SİA-nın verdiyi xəbərə görə, ifaçı ad gününü pərəstişkarları ilə birlikdə qeyd edəcək. Belə ki, Sevda dekabrın 28-də "28 Mall" ticarət mərkəzində imza günü keçirəcək. Görüş saat 19:00-da baş tutacaq.

Qeyd edək ki, S.Yahyayeva imza günündə eyni zamanda sevənləri üçün mahnılar səsləndirəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə