Aygün: "Ağlım başıma gəldi"

Xalq artisti Aygün Kazımova yeni mahnısını sevənlərinin ixtiyarına verib. SİA-ya bu haqda ifaçının özü məlumat verib: "Atdığım addımları, verdiyim qərarları götür-qoy edirəm. Ümumiyyətlə, yüz ölcüb, bir biçən insanam. Lakin istisnalar hər insanın həyatında olur. Bəzən elə addım atıram ki, sonradan peşman oluram. Leylinin yazdığı bu sözlər də məhz bu barədədir. Mahnının sözlərini dinləyən çox insan öz həyatını yeni mahnımda görə biləcək. Çünki həyatda peşman olmayan insan yoxdur".

Qeyd edək ki, müğənninin yeni mahnısı "Ağlım başıma gəldi" adlanır. Mahnının sözləri Leyli Erola, musiqisi və aranjemanı Hakan Erola aiddir.

Bütün xəbərlər Facebook səhifəmizdə