Aygün Səmədzadənin konserti olub FOTOLAR

Aygün Səmədzadənin konserti olub FOTOLAR

Beynəlxalq Muğam Mərkəzində əməkdar incəsənət xadimi bəstəkar Aygün Səmədzadənin konserti baş tutub. SİA-nın verdiyi xəbərə görə, konsertdə Aygün Səmədzadə bir neçə mahnını müğənnilərlə birgə səsləndirib və yeni mahnısını da özü oxuyub.

Gecədə müğənnilər Eyyub Yaqubov, Aygün Bəylər, Lalə Məmmədova, Ayaz Qasımov, Nurlan Növrəsli, Leyla İdrisova, instrumental ifaçılardan isə Ənvər Sadıqov (akkardeon) və Elnur Əhmədov (kamança) iştirak edib.

Qeyd edək ki, konsert Dünya Azərbaycanlılarının Həmrəylik Gününə həsr olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə