Öncəgörücümüz haqda Moskvada film çəkdilər FOTOLAR

Öncəgörücümüz haqda Moskvada film çəkdilər FOTOLAR

Moskvada "Fenomen" filminin təqdimatı keçirilib. SİA-nın verdiyi xəbərə görə, Rusiyada yaşayan azərbaycanli rejissor Mikayıl Mikayılov tərəfindən lentə alınan ekran əsəri öncəgörücü Nuridə Qurbanovanın həyatından bəhs edir. Filmin ssenari müəllifi həm də baş qəhrəmanı Nuridə Qurbanovanın özüdür. Film Azərbaycan və onun hüdudlarından kənarda tanınan fenomenin həyat yolundan bəhs edir.

Moskvada gerçəkləşən rəsmi təqdimat mərasimində Rusiyada yaşayan azərbaycanılar və Rusiya elitası iştirak edib. Onlar uzun müddət Rusiyada fəaliyyət göstərən Nuridə xanımın uğurlu fəliyyətindən danışıblar. Qonaqların arasında Rusiyanın tanınmış teleaparıcısı Andrey Malaxov da olub.

Qeyd edək ki film-kaleydoskop bir neçə gün öncə ilk dəfə olaraq "Stalker" beynəlxaq film festivalında nümayiş olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə