Hadisə pula görə Azərbaycana gəlmədi

Hadisə pula görə Azərbaycana gəlmədi

Türkiyə mətbuatı müğənni Hadisənin Azərbaycan konserti haqda maraqlı yazı dərc edib. SİA-nın verdiyi xəbərə görə, məlumatda ifaçının Yeni il gecəsi Qubada keçirilməsi planlaşdırılan konserti barədə yazılıb: "Azərbaycandakı böhran Hadisəyə də təsir etdi. Belə ki, onun konserti təxirə düşüb. Qubadakı beşulduzu bir oteldə konsert verməli olan sənətçi 700 min lirə (250 min dollar) alacaqdı. O, təşkilatçılardan aldığı pulu da geri qaytarıb. Əvəzində isə Hadisə Hatay Böyükşəhər Bələdiyyəsi tərəfindən təşkil olunan bayram gecəsinə qatılacaq və 600 min lirə (təxminən 300 min manat) alacaq".

Bütün xəbərlər Facebook səhifəmizdə