Keçən həftə ABŞ-ın Las-Veqas şəhərində keçirilən "Kainat gözəli" yarışmasında aparıcının səhvinə görə 30 saniyəlik "kraliça" olan qıza porno şirkətindən təklif gəlib. SİA-nın türk mətbuatına istinadən məlumatına görə, "Vivid Entertainment" şirkətinin rəhbəri Stev Harvi kolumbiyalı Ariadna Qutyerrez Arevaloya 1 milyon dollar qarşılığına filmə çəkilmək təklifi göndərib.
Harvi gənc qızdan tərəf müqabilini özünün seçməsini istəyib. O, yazdığı məktubda Arevaloya "Başına gələnləri maddi baxımdan üstünlüyə çevirməyin yolunu bilirəm" yazıb. Qız isə hələ ki cavab verməyib.
Qeyd edək ki, yarışmada aparıcı əvvəl Arevalonu qalib elan edib. Birinciliyini bayram edən yarışmaçı tacını taxaraq izləyiciləri salamlamağa gedib. Həmin an münsiflər aparıcıya səhv etdiyini deyiblər.
Harvi ikinci dəfə mikrofonu götürərək üzr istəyib, qalibi səhv elan etdiyini deyib.





.jpg)

Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB