"O səs Türkiyə" yarışmasında həmyerlimizin çıxışı uğursuz oldu

"O səs Türkiyə" yarışmasında həmyerlimizin çıxışı uğursuz oldu

"O səs Türkiyə" yarışmasında daha bir azərbaycanlı ifaçılıq bacarığını göstərib. SİA-nın verdiyi xəbərə görə, Leyla Sezer adlı yarışmaçı Ajda Pekkanın repertuarından "Bambaşka biri" mahnısını səsləndirib. Lakin onun çıxışı uğurlu olmayıb. Belə ki, o, heç bir münsifi döndərə bilməyib.

Qeyd edək ki, TV8-də Acun Ilıcalının aparıcılığı ilə yayımlanan yarışmanın münsiflər kürsüsündə müğənnilər Ebru Gündeş, Murat Boz, Hadisə, Gökhan-Hakan Özoğuzlar ("Atena") oturur.

Bütün xəbərlər Facebook səhifəmizdə