Müğənni Roza Zərgərli dolların məzənnəsinin yüksəlməsinin onun yaradıcı işlərinə mənfi təsir etdiyini vurğulayıb.
SİA-nın məlumatına görə, sənətçi buna görə işlərini yarımçıq saxladığını bildirib: "Bilmirəm kimə necə təsir etdi. Amma dolların qalxmağının mənim işlərimə ziyanı oldu. Xariclə bağlı layihəm var idi, dollar qalxdığına görə artıq pulunu ödəmək gücündə olmayacam. Yaxşı ki, vaxtında rəsmi saytım hazırlandı, yaxında təqdim edəcəm. Amma gözlənilirdi ki, hər iki layihə birgə təqdim olunsun. Alınmadı. Deyirlər, hər nə olursa, yaxşılığa doğru olur. Gəlin müsbət düşünək".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB