Namiq yaradıcılığına son qoydu

Meyxanaçı Namiq Qaraçuxurlu yaradıcılığına fasilə verib. SİA-nın verdiyi xəbərə görə, hazırda Çində olan meyxanaçı bu haqda "İnstagram" səhifəsində yazıb: "Həm məsafə uzaq olduğuna, həm də uzun vaxtdır istirahət etmədiyim üçün bu səfərdə çox qaldım. Buralar çox maraqlıdır. Buna görə də heç bir bayram çəkilişinə qatıla bilmədim. Ümumiyyətlə, son 1 ayı və bundan sonrakı bir neçə günü sənət fəaliyyətimi dondurdum. Buna görə də tamaşaçılarımdan, xüsusən də pərəstişkarlarımdan məni başa düşməklərini, üzürlü saymaqlarını xahiş edirəm. İnşallah Yeni ildə yeni işlərimlə, yeni nəfəslə xidmətinizdə olacam. Həm də "Şəkərim" adlı yeni mahnım var. Amma Yeni il gecəsi bəzi məkanlarda iştirakımla bağlı xəbərlər realdır".

Bütün xəbərlər Facebook səhifəmizdə