Dolların bugünkü devalvasiyası adi vətəndaşları narahat etdiyi kimi, şou-biznes nümayəndələrindən də yan keçməyib. SİA-nın verdiyi xəbərə görə, məşhurlar sosial şəbəkədə bu haqda fikirlərini bildiriblər:
Əməkdar artist Abbas Bağırov: "Çox dəhşət. Bunun sonu nə olacaq?".
Müğənni Xatun Əliyeva: "Vay kasıbın halına".
Müğənni Kərim Abbasov: "Dollar qalxdı. 1 manat 55 qəpik oldu. İçi mən qarışıq, banka borcu olanlar pis hala düşdü. Bu millətin beli qırıldı. Allah hamımızın köməyi olsun. Amin!"
Müğənni Kamil Cəfərov: "Dollar, gözümün qabağında böyüdün".
Aparıcı İlkin Həsəni: "Salam ölülər, necəsiniz? Manat bağışla, səni qoruya bilmədik".
Aparıcı Murad Əzimzadə: "Hələ dünən demişdim ki, dollara bu qədər viaqra verməyin. Sonra olan manata olur".
Müğənni Nazim Məmmədov: "Ruziniz bol olsun, keçmiş olsun, başınız sağ olsun. Allahın ətəyindən yapışın, hər şey öz axarına düşəcək".
Prodüser Tolik: "Bu da həftənin xəbəri. Dollar vurub kəllə-çarxa. İndi banka dollar borcu olanlar şok keçirəcək".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB