İfaçımızın üstünə hücum çəkdilər

İfaçımızın üstünə hücum çəkdilər

Müğənni-bəstəkar Ceyhun Əliyevin üzərinə hücum çəkiblər. SİA-nın verdiyi xəbərə görə, ifaçı bu haqda verilişlərin birində ətraflı məlumat verib: "Mən kişiyəm, üstümə niyə xanımları göndərirsiniz? Mənim üstümə adam göndərməklə məni şantaj edir. Yazdığı mesajlar mənim telefonumdadır. Baxmayaraq ki, tanınmışdı. Ancaq hamının ondan zəhləsi gedir. Hamı qorxusundan üzünə gülərək, heç nə demirlər. İki xanım üstümə gəlmişdi. Ondan əvvəl isə mühafizəçisini göndərmişdi. Guya bu Şakiradır. Gah idmançı mənə zəng edir, ya sponsoru hədə-qorxu gəlir. Neyləyəcəksən? Məni öldürəcəksən? Bir pişiyə belə daş atmamışam. Sən məni nə ilə qorxudursan?. Kişi kimi mənə onun adını açıqlamaq yaraşmır. Getsin o müğənni Allaha yalvarsın ki, kimin evini dağıdıbsa, onun günahlarını bağışlasın".

C.Əliyev qalmaqalın hansı səbəbdən baş verdiyini də açıqlayıb: "Onlara mahnını satmışam və aramızda müqavilə imzalanıb. Demişdim ki, bir il ərzində bu mahnını oxumasan, başqa birinə satacam. Başqa müğənni də mənə boğazından kəsib pul verir. Heç mahnını alan müğənninin bu hadisədən xəbəri yoxdur. Mahnını artıq satmışam. Onlar da gedib məhkəməyə müraciət ediblər. Məhkəmədə mən qalib gəldim. Amma əks tərəf verdiyi 1000 manat pulu geri istəyir. Əgər o mahnını oxusaydı, 1000 manatın 10 qatını qazanardı. Onun verdiyi pulu mən özümə götürməmişəm. Aranjimana vermişəm hələ borclu da qalmışam".

Müğənni-bəstəkar Ceyhun Əliyev özü ilə bağlı maraqlı etiraf edib.

Bütün xəbərlər Facebook səhifəmizdə