Türkiyənin iki tanınmışı aktrisa Ceyda Düvenci ilə aktyor Bülənt Şakrakın toyu olub. SİA-nın türk mətbuatına istinadən verdiyi xəbərə görə, cütlüyün nikah mərasimi Kazdağının ətəklərində yerləşən oteldə baş tutub. Sadə məclisdə cütlüyün həmkar dostları Şevket Çoruh, Aslı Çüreklibatur və Dirim Elal nikah şahidi olublar. El şənliyində aktrisanın gəlinliyi də diqqət çəkib. O, olduqca sadə gəlinlik donuna üstünlük verib.
Qeyd edək ki, Ceyda ilə Bülənt "Aşkın kanunu" serialının çəkilişi zamanı tanış olublar. Bu, hər iki tanınmışın ikinci nikahıdır.


Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB