İfaçını Röyaya bənzətdikləri üçün əsəbləşdi FOTOLAR - VİDEO

İfaçını Röyaya bənzətdikləri üçün əsəbləşdi FOTOLAR - VİDEO

"Yağ ey yağış" duetindən sonra yeni mahnısını təqdim edən gənc ifaçı Mələk yaradıcılığında yenilik edib. SİA-ya bu haqda ifaçının özü məlumat verib: " "Yağ ey yağış" mahnısı mənə çox uğur gətirdi. Dinləyicilər səsimi qəbul etdilər. Həmin bəstədən sonra "Bədəl" adlı mahnısımı ərsəyə gətirdim. Bəstənin sözləri Aygün İsmayılovanın, musiqisi Pərviz Mahmudovun, aranjimanı Hakan Erolundur".

Mələk səsinin Röyaya bənzədilməsindən də danışıb: "Səs tembirimi Röya Ayxana oxşadırlar. Bu məqam məni çox üzür və həmin fikri qəbul etmirəm. Röya xanımın sənətinə hörmətim sonsuz olsa da mənim öz ifa tərzim var, qarışdırmasınlar".

Qeyd edək ki, Mələk "O Səs Türkiyə" yarışmasının iştirakçısı olub.

Bütün xəbərlər Facebook səhifəmizdə