Müğənni və aktyor Özcan Denizin İnstaqram hesabından paylaşdığı foto hər kəsi təəccübləndirib. SİA-nın türk mətbuatına istinadən verdiyi məlumata görə, o, rol aldığı "Kaderimin yazıldığı gün" serialının yaradıcı heyəti ilə foto çəkdirərək yazıb: "Gözəl xatirələrlə ayrılacağımız bir iş... Arxamda gördükləriniz mənim dəmirbaşlarım. İşlərini zəhmətlə ortaya qoyan bütün yaradıcı heyətə təşəkkür".
Bu açıqlama serialın bitəcəyi mənasını verdiyi üçün izləyicilər sosial mediada kədərləndiklərini ifadə ediblər. Amma rəsmi olaraq heç bir cavab verilməyib.

![]()




Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB