Azərbaycan Milli Konservatoriyasında əməkdar artist Gülüstan Əliyevanın solo konserti baş tutub. SİA-nın verdiyi xəbərə görə, konsertdən əvvəl konservatoriyanın rektoru, xalq artisti, professor Siyavuş Kərimi Gülüstan Əliyevanın yaradıcılığı haqqında söz açıb. Sonra tədbir iştirakçıları Gülüstan Əliyevanın ifasında "Xaric Segah", bir sıra xalq və bəstəkar mahnılarını dinləyiblər.
Konsertdə C.Cahangirovun "Gözəlim", "Süsən qızlar", A.Bəbirovun "Bənövşə", T.Bakıxanovun "Azərbaycan gölləri" mahnıları, eləcə də "Humayun" təsnifi ifa olunub. Gülüstan Əliyevanı Əməkdar Artist Ələkbər Ələkbərov (tar), Xəyyam Məmmədov (kamança), Əməkdar Artist Çinarə Heydərova (qanun), Naibə Şahməmmədova (piano), Pərviz Əlikramov (balaban), Qalib Həşimov (bas tar), Bəylər Ağayev (ud) və Ramin Abdullayev (nağara) müşayiət ediblər.
Qeyd edək ki, konsert maraqlı anlarla yadda qalıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB