Şou-biznes əhli vergi ödüyür? SORĞU-FOTOLAR

Şou-biznes əhli vergi ödüyür? SORĞU-FOTOLAR

Son günlər şou-biznes nümayəndələrinin vergidən yayınması məsələsi aktual mövzu olaraq qalır. SİA-ya şou-biznes əhli arasında "Vergi ödüyürsünüzmü?" sualı altında sorğu keçirib.

Həmin sorğunu təqdim edirik:

Müğənni Kərim Abbasov: "Azərbaycan Respublikasının qanunu hər kəs üçün əsasdır. 8 ildir vergi ödəyirəm. Heç vaxt vergidən yayınmamışam. Toy qiymətimdə də dəyişiklik yoxdur. 5000 min manata el şənliklərində iştirak edirəm".

Müğənni Elvin Abdullayev: "Bilmirəm bu qərar qüvvəyə minib, ya yox. Amma çox ağır məsələdir. İnanmıram ki, müğənni həm musiqiçisinə, həm də prodüserinə görə vergi ödəməyə razılaşsın. Özümə görə hər zaman vergi ödəməyə hazıram".

Müğənni İzzət Bağırov: "Təkcə mənim deyil, ansamblımın bütün üzvlərinin VÖEN-ni var. İştirak etdiyimiz şadlıq evləri bizim çıxışları qeydə alır. Vergi orqanları da şadlıq evləri ilə əlaqə saxlayıb orda keçirilən toyların sayı, çıxış edən müğənnilər, onların gəliri barəsində məlumat əldə edir".

Müğənni Sevda Sanaliyeva: "Zamanında fəaliyyət göstərdiyim vaxtlar vergi ödəmişəm. Ancaq illərdi ki, el şənliklərindən uzaqlaşmışdım. Sadəcə efirlərə çıxıram. 1 aydır ki, toylara gedirəm. İşlərim yaxşı getsin yenidən vergi ödəyəcəm".

Müğənni Yaşar Yusub: "Hər bir azərbaycanlı vətəndaşın borcudur ki, vergi ödəsin. O, cümlədən biz müğənnilərdə vergi verməliyik. Qanun hər kəs üçündür. Artıq illərdi ki, vergi ödəyirəm".

Rəqqasə Fatimə Fətəliyeva: "Əlbəttə aybaay vergi ödəyirəm. Rəqs məktəbimə görə VÖEN-im var. Üstəlik dövlət işində çalışdığıma görə maaşımdan vergi üçün pul çıxırlar".

Prodüsser Tolik: "2013-cü ildən VÖEN-im var. Amma indiyənə kimi istifadə etməmişəm. Çünki şərtlər çox çətinləşdirilib. Bunu asanlaşdırsınlar, vergimizi ödəyərik. Çalışdığım müğənni niyə mənim əvəzimə vergi verməlidir? Mənə faiz verir, onun da vergisini özüm ödəməliyəm. Gərək müğənni toya gedəndə yanında kassa daşısın, mənə qəbz versin. Bu çətin haldır".

Qeyd edək ki, Vergilər nazirinin 1-ci müavini Natiq Əmirov jurnalistlərə açıqlamasında artıq gələn ildən şou-biznes nümayəndələri də vergiyə cəlb olunacaqlarını deyib. Nazir müavini şou-biznes aləmindəki qazanc əldə edən insanların gəlir vergisi ödəməməsinin uzun müddət davam etməyəcəyini vurğulayıb. Söyləyib ki, şou-biznes nümayəndələrinin əldə etdiyi gəlir və xərclərinin uçotu yoxdur. Bu insanlardan bir qismi obyektiv, digər qismi isə subyektiv səbəbdən bizə öz gəlir və xərclərinin uçotunu təqdim etməkdə həvəsli deyil. Bir sıra hallarda biz onların gəlirlərini əldə edə bilərik. N.Əmirov söyləyib ki, onların vergidən yayınması uzun çəkməyəcək".

Bütün xəbərlər Facebook səhifəmizdə