“Natavan niyə yalan deyirsən, estetik etdirmisən” FOTO

“Natavan niyə yalan deyirsən, estetik etdirmisən” FOTO

Müğənni Natavan Həbibi özündən çıxıb. SİA-nın verdiyi xəbərə görə, ona plastik əməliyyat etdirdiyini deyənlərə makiyajsız şəklini "İnstagram" səhifəsində paylaşaraq cavab verib: "Bu şəkli yayda çəkdirmişəm. Paylaşmağımın səbəbi odur ki, bəzilərinə faktla cavab vermək istəyirəm. "Natavan niyə yalan deyirsən, estetik etdirmisən" sözlərini yazanlara foto ilə cavab verirəm. Makiyajsız halım budur. Nədir odur. Makiyaj və rəngli linzalar görünüşümü dəyişdirirsə, bu, normal haldır. Yalanla ümumiyyətlə aram yoxdur və kimsədən qorxmuram ki, nəsə gizlədim. Nə vaxtsa, estetik əməliyyat etdirsəm, deyəcəm. Edənlərə də pis baxmıram. Hər xanım gözəl olmağa layiqdir. Amma olmayan şeyləri heç vaxt boynuma alıb susmaram. Bunu yəqin ki, anladınız. Həyatımda olan bəzi hadisələri yadımıza salaq. Ona görə də kiminsə haqqına girmədən yaşayaq. Allaha şükür, mən öz görünüşümdən şikayətçi deyiləm. Amma yaşa dolduqca lazım olsa, hansısa düzəlişlər etdirəcəm. Çünki səhnə gözəlliyi sevir. Mən də gözəl olmaq istəyirəm. Belə də ki, əsas bəxtiniz gözəl olsun. Gözəllik başa bəla olur".

Bütün xəbərlər Facebook səhifəmizdə