Dayəyə verdiyi maaş hamını təəccübləndirdi

Dayəyə verdiyi maaş hamını təəccübləndirdi

Aparıcı Ece Erkenin oğlu Eymenin dayəsinə verdiyi maaş hamını təəccübləndirib. SİA-nın türk mətbuatına istinadən məlumatına görə, bu yaxınlarda həyat yoldaşı Sərkan Uçardan boşanan Ece oğlunu flippinli dayəyə etibar edib. Aparıcı həmin qadına ayda 5 min lirə (təxminən 1782 manat) maaş verəcək.

Anası yaşlı olduğu üçün oğluna baxa bilməyəcəyini və özünün də işinə davam edəcəyini bildirən Ece seçimini belə izah edib: "Məndən soruşurlar ki, niyə daha az maaşa türk dayə tutmadım. Bunun da səbəbi odur ki, Eymen flippinli dayə sayəsində ingilis dilini öyrənəcək".

Bütün xəbərlər Facebook səhifəmizdə