Elçin Məmmədlini Almaz Ələsgərova ilə nə bağlayır?

Elçin Məmmədlini Almaz Ələsgərova ilə nə bağlayır?

Hazırda "Bir ailəm var" serialında oynayan aktyor Elçin Məmmədli əməkdar artist Almaz Ələsgərova ilə bir araya gəlib. SİA-ya bu haqda aktyorun özü məlumat verib: " Almaz xanımın yeni sujet xətti olan ekran işində rol aldım. Klip sevgidən bəhs edir. Ekran işində aktrisa Günel Məmmədova ilə sevgili olmuşuq. Klipdə daha sonra onunla ayrılıq və bir müddətdən sonra Günellə şəhərdə üz-üzə gəlirik. O, mənim yanımda oğlumu görərək göz yaşlarını saxlaya bilmir. Ekran işini rejissor Natiq Novruzov lentə alır".

Aktyor daha bir filmə dəvət aldığını da deyib: "Tezliklə bədii filmdə oynayacam. Baş rolda çəkiləcəm. Bu haqda ətraflı məlumat verə bilməyəcəm".

Bütün xəbərlər Facebook səhifəmizdə