Hollivud ulduzu “Natiq” ritm qrupu ilə bir arada

Məşhur Hollivud ulduzu Stiven Siqal ilk dəfə Bakıda, Heydər Əliyev Mərkəzində konsert proqramı ilə çıxış edib. SİA-nın verdiyi xəbərə görə, ifaçı eyni səhnəni "Natiq" ritm qrupu ilə paylaşlb. Stiven Siqal milli musiqiçilərlə maraqlı kompozisiya təqdim edib. Gecəyə tamaşaçı axını çox olub.

Bir saatdan artıq davam edən konsert proqramında gitara ifaçısı, müğənni Stiven Siqal blüz janrında musiqi ilə tamaşaçıların qarşısına çıxıb. Konsert boyu ifaçının auditoriya ilə ünsiyyəti qurması tamaşaçılara unudulmaz anlar bəxş edib.

Konsertdən sonra Stiven Siqal təəssüratlarını jurnalistlərlə bölüşüb, onların suallarını cavablandırıb. Bildirib ki, Heydər Əliyev Mərkəzində tamaşaçılar qarşısında çıxış etdiyi müddətdə o, olduqca xoş anlar keçirib. "Natiq" ritm qrupunun fanatıdır və onunla birgə çıxış etməsini şəxsən arzu edib. İkinci dəfədir Bakıya gəldiyini deyən Hollivud ulduzu şəhəri görmək imkanı əldə etdiyini də vurğulayıb və paytaxtımızın gözəlliyinin, ölkədəki tolerantlıq mühitinin onda xoş təəssürat oyatdığını bildirib.

Qeyd edək ki, Hollivud ulduzu dekabrın 17-də də Heydər Əliyev Mərkəzində çıxış edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə