Rafet El Roman azərbaycanlı dinləyicilərinə səsləndi FOTO

Rafet El Roman azərbaycanlı dinləyicilərinə səsləndi FOTO

Xəbər verdiyimiz kimi, türkiyəli müğənni Rafet El Roman dekabrın 27-də paytaxtımızın qonağı olacaq. Rafet dekabrın 29-da konset verəcək.

Rafet bununla bağlı olaraq sosial şəbəkədə azərbaycanlı pərəstişkarlarına müraciət edərək, hər kəsi konsertə dəvət edib. Türkiyəli ifaçı Bakıya böyük orkestrı ilə birlikdə gələcək. O, gecədə sevilən mahnıları ilə yanaşı yeni bəstələr də səsləndirəcək. Konsertə biletlərin qiyməti 40 manatadır. VİP yerlər üçün isə biletlərin qiyməti 150-200 manat arası nəzərdə tutulub.

Qeyd edək ki, sənətçi Azərbaycana bu dəfə tək yox, həyat yoldaşı ilə birlikdə səfər edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə