Aparıcı: "Arıqlasam, daha cazibədar geyinəcəm" FOTOLAR

Aparıcı: "Arıqlasam, daha cazibədar geyinəcəm" FOTOLAR

Aparıcı Firuzə Cəlilova geyim tərzindən danışıb. SİA-nın məlumatına görə, o, idman stilini sevmədiyini vurğulayıb: "Ziyafət geyimlərini çox sevirəm. Amma insan bu cür libasları ancaq özəl günlərdə, tədbirlərdə geyinə bilir. 8 kiloqram arıqlasam, daha cazibədar libaslar geyinəcəm. İdman stili rahat olsa da, sevmirəm. Daha çox qısa libasları və iş xanımı stilində geyinməyi xoşlayıram. Geyimdə ən çox sevdiyim özəllik isə kəmər taxmaqdır".

Qeyd edək ki, F.Cəlilova "Lider" telekanalında "Tezdən oyan" verilişinin aparıcısıdır. (axsam.az)




Bütün xəbərlər Facebook səhifəmizdə