Müğənni Fəqan Səfərov yeni mahnısını dinləyicilərə təqdim edib. O, SİA-ya açıqlamasında bu dəfə türk sənət musiqisinə müraciət etdiyini deyib: "Qədim türk mahnılarından olan "Nay nino" türküsünü yeni aranjemanda ifa etdim. Mahnının söz və musiqisi Eyyup Öztekinə məxsusdur. Bizim kimi türklərin də zəngin musiqi tarixi var. Eyni soy-kökə mənsub olduğumuz üçün bizim klassik mahnılarımız onlarda, onların türküləri isə bizdə çox sevilir. "Nay nino" el şənlikləri, məclislərdə ən çox tələb edilən mahnılardandır. Türkünü yenidən aranjeman etdirməkdə məqsədim dinləyicilərə müasir versiyada sevdirməkdir".
Qeyd edək ki, mahnını bəstəkar-aranjemançı Fərid İman aranjiman edib. Yeri gəlmişkən, F. Səfərov F. İmanla bərabər albom üzərində çalışır. Albomda Azərbaycan, Türkiyə və Avropa bəstəkarlarının əsərləri yeni aranjimanda təqdim ediləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB