Xalq artisti Aygün Kazımova növbəti türk müğənnisi ilə duet ifa edəcəyi gözlənilir. SİA-nın məlumatına görə, açıqlama verən konsert təşkilatçısı Nahid Emiloğlu Aygün Kazımova üçün sürpriz hazırlandığını bildirib. O, türkiyəli müğənni Çelik ilə Aygün Kazımovanın yeni il gecəsi konsert hazırlıqlarından danışarkən, türkiyəli sənətçinin xalq artistimizə duet təklif edəcəyini bildirib: "Bilirsiniz ki, Çelik Türkiyədə təkcə müğənni kimi deyil, bəstəkar kimi də məşhurdur. Mahnılarının əksəriyyətini Çelik özü bəstələyib. Hazırda gözəl bir mahnısı var. Bildirib ki, həmin mahnını Azərbaycanın divası Aygün Kazımova ilə birlikdə ifa etmək niyyətindədir. Aygün xanım bilmirəm bu təklifə necə baxacaq. Yəqin ki, mahnını dinləyib bəyənər".
Qeyd edək ki, Aygün Kazımova və Çelik 31 dekabr paytaxtın əyləncə mərkəzlərindən birində eyni səhnəni bölüşəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB