Xalq artisti konsert verdi FOTOLAR

Azərbaycan Dövlət Milli Konservatoriyasında xalq artisti Məsum İbrahimovun konserti baş tutub. SİA-nın verdiyi xəbərə görə, konsertdən əvvəl Milli Konservatoriyanın rektoru, xalq artisti Səyavuş Kərimi çıxış edərək rəhbərlik etdiyi elm ocağının reallaşdırdığı layihələrdən söz açıb. O, son vaxtlar konservatoriyada keçirilən konsertlərə olan böyük maraqdan danışıb və bunun çox müsbət hal olduğunu vurğulayıb.

Daha sonra "Qarabağ ansamblı" səhnəyə dəvət olunub. Konsertdə Mənsum İbrahimov tələbələri ilə birgə "Çahargah" dəsgahını ifa edib.

Qeyd edək ki, konsertdə xanəndəni əməkdar artistlər Elçin Həşimov (tar) və Elnur Əhmədov (kamança) müşayiət ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə