Müğənni Röya Ayxanın Türkiyənin "Best FM" radio verilişində Yasemin Şefikin qonağı olub. SİA-nın verdiyi xəbərə görə, proqramda Röyanın "Kesin bilgi" mahnısının Türkiyədə çox sevildiyi vurğulanıb.
Eyni zamanda sözləri və musiqisi türkiyəli məşhur müğənni-bəstəkar Gülşənə aid olan sözügedən bəstənin klipində Röyanın 800 min türk lirəsi dəyərində avtomobili parçaladığı sosial şəbəkələrdə geniş müzakirə edildiyi qeyd olunub.
Yasemin Şefikin "Klipdə bahalı bir avtomobili parçalayırsan. Real həyatda sevgilinin maşınına bunu edərdinmi?" sualına Röya gülərək belə cavab verib: "Təbii ki, mən dəli bir qadınam. Əsəbiləşəndə bahalı və ya ucuz olmağı mənə fərq etmir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB