Müğənni Əhməd Mustafayev verilişlərin birində qonaq olub. SİA-nın verdiyi xəbərə görə, ifaçı sevənlərini maraqlandıran şəxsi həyatı haqda etiraf edib: "Ən böyük arzum özümün şəxsi evimin olmasıdır. Hazırda kirayədə, özgə evində yaşayıram. Əziyyətlə qazanıb ev də aldım. Qardaşımın banka borcu olduğuna görə evimi girov qoydum. Pulu ödəyə bilmədiyi üçün evimi əlimdən aldılar. Həmin evi əziyyətlə qazanıb almışdım. İndi kirayədə qalıram. Çox istərdim şəxsi evim olsun və rayonda qalan anamı, atamı yanıma gətirim".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB