Bu gündən Nizami Kino Mərkəzində Türkiyə istehsalı olan "Əli baba və 7 cücə" bədii filminin nümayişi başlanıb. SİA-nın verdiyi xəbərə görə, "Əli baba və 7 cücə" filmini türkiyənin məşhur komediya ulduzu Cem Yılmaz komediya və savaş janrında cəkib. Yaş məhdudiyyəti:12+
Əli Şenay və qayını İlber, bağça dizaynı üçün fiqurlar satan iki "iş adamıdı"lar. Daxili bazarda bir şey əldə etməyən cütlük, "Şenay Cüccaciye" adlı marka yaradıb xarici bazara çıxmaq üçün Sofiyada keçirilən bağça sərgisinə qatılırlar. Amma təsadüf nəticəsində böyük mafiya lideri Boris Mancovun adamlarına üzləşən Şenay və İlber çox çətin vəziyyətə düşürlər.
Macəraları da buradan başlayır...
Filmdəki baş rollara Cem Yılmaz, Irina Ivkina, Çetin Altay və başqaları çəkiliblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB