Aygün Kazımova Yeni il gecəsi "bomba" partladacaq

Aygün Kazımova Yeni il gecəsi "bomba" partladacaq

Xalq artisti Aygün Kazımova 31 dekabr yeni il gecəsini türkiyəli müğənni Çelik ilə birlikdə qeyd edəcək. SİA-nın verdiyi xəbərə görə, paytaxtın elit məkanlarından birində baş tutacaq yeni il şousuna səhnəmizin divası özəl olaraq hazırlaşdığını bildirib: "Hər çıxışım bir şoudur. Mənim üçün səhnə müqəddəs məkandır. Yeni il gecəsi çıxacağım tədbirə xüsusi olaraq hazırlaşıram. Eksklüziv səhnə kostyumum hazırlanır. Həmin libasın üzərində bir neçə modelyer işləyir. Gecəyə uyğun olaraq xüsusi makiyaj olunacağam. Bundan əlavə, yeni mahnılarım var. Türkiyədə hazırlanıb. Hələ heç yerdə səslənməyib. Sevənlərim həmin mahnıları məhz yeni il gecəsi eksklüziv olaraq dinləyəcəklər. Məni sevənlər bombalara hazır olsun".

Qeyd edək ki, Çelik və Aygün Kazımovanın konsertinin təşkilatçısı Nahid Emiloğludur.

Bütün xəbərlər Facebook səhifəmizdə