Çağatay Ulusoy Bakıya gəlir

Türkiyəli aktyor Çağatay Ulusoy paytaxtımızın qonağı olacaq. SİA-nın verdiyi xəbərə görə, bu haqda Nizami Kino Mərkəzinin mətbuat xidməti Arzu xanım məlumat verib. Arzu xanımın sözlərinə görə, aktyor baş rolda çəkildiyi "Delibal" filminin Bakıda qala gecəsinə qatılacaq. Tədbir yanvarın 7-də də baş tutacaq.

Qeyd edək ki, filmdə Leyla Lidiya Tuğutlu da rol alıb.

Bütün xəbərlər Facebook səhifəmizdə