Aparıcı: "Artıq həyatımda yeni səhifəyə başladım"

Aparıcı: "Artıq həyatımda yeni səhifəyə başladım"

Aparıcı Günay Firudinqızı efirə geri dönür. SİA-nın verdiyi xəbərə görə, o, yeni layihə ilə tamaşaçıların qarşısına çıxır: "Xeyli vaxt idi ki, hər kəs məndən harada olduğumu xəbər alırdı. İndi hər kəsə bəyan edirəm ki, yeni "Geriyə baxanda" adlı layihə hazırlayıram. Hər zaman arzu etdiyim insanları bundan sonra verilişimdə görə biləcəm. Azərbaycanın tarixində kərpic qoyan simalar qonağım olacaq. İllərdir ürəyimə yığılan suallar nəhayət ki, ünvanına yetişəcək. Siz isə izləyin. Artıq həyatımda yeni səhifəyə başladım. Rəbbim mənə yeni qapı açdı. Zəhməti olan hər kəsə sonsuz təşəkkürlər. Gəlin birgə hər həftənin bazar günü "Geriyə baxaq" illər bizə nələrisə öyrədəcək".

Bütün xəbərlər Facebook səhifəmizdə