Türkan Şoray Azərbaycanda FOTOLAR

Türkiyənin məşhur aktrisası, türk kinosunun sultanı adlandırılan Türkan Şoray Bakıya gəlib. SİA-nın verdiyi xəbərə görə, aktrisa rejissorluq etdiyi "Uzaklarda arama" filminin qala gecəsinə qatılıb. Aktrisa ekran işi haqqında jurnalistlərə açıqlama verib: "Çox xoşbəxtəm. Mənə qarşı o qədər səmimi münasibət göstərirsiniz ki, çox sevinirəm. "Uzaklarda arama" filmimizlə gəldik. Rejissorluğunu mən etmişəm, qızım çəkilib. Hazırda Azərbaycanda nümayişə girib. İnşallah, azərbaycanlı tamaşaçılar bu filmi sevərlər. Ana-qız bu filmdə olmaq çox həyəcanlı bir şeydir. Yəqin qızım Yağmur da bu həyəcanı hiss etdi. Rejissor olaraq qızıma qarşı sərt tələblərim də oldu. Yağmur bir az narazılıq edirdi. Çünki orada artıq ana deyildim, rejissor idim"

Nizami Kino Mərkəzində keçirilən qala-gecədə Azərbaycan və Türkiyənin mədəniyyət və incəsənət xadimləri, bir sıra qonaqlar və başqaları iştirak ediblər.Filmin nümayişindən sonra mətbuat konfransı keçirilib.

Qeyd edək ki, filmin rejissoru Türkan Şoray, baş rolun ifaçısı isə qızı Yağmur Ünaldır. Filmdə Sevda Erginci, Mehtap Bayrı, Mustafa Uğurlu, Serkan Şenalp, Kaan Urgancıoğlu, Ekin Türkmen, Sema Keçik və başqaları çəkilib.

Bütün xəbərlər Facebook səhifəmizdə