Hacı Nuranın bu görünüşü hər kəsi təəccübləndirdi FOTO

Hacı Nuranın bu görünüşü hər kəsi təəccübləndirdi FOTO

Almaniyada müalicə olunan aparıcı Hacı Nuran sosial şəbəkədə yeni fotosunu paylaşıb. SİA-nın məlumatına görə, aparıcının görünüşü hər kəsi təəccübləndirib. O, yenidən əməliyyat olunacağını bildirib: "Səbr adlı bir ağacın meyvəsini yeyə-yeyə bir budaqdan o birinə keçdim. Sizin gözəl dualarınızdan güc alaraq daha iki budağa çıxmalıyam. Lakin aşağıda vətən, yuxarıda həyat eşqi ilə bu günümə, Allaha şükür deyir, hamıya dəstəyinizə və məni bir gün tək qoymadığınıza görə hər kəsə ayrı-ayrılıqda minnətdarlığımı bildirirəm. Əllərinizi sıxıb, hamınıza "məni gözləyin" deyirəm. Həyat nə qədər şirindirsə, sizinlə görüşmək daha şirindir. Vətən sağ olsun".

Hacı Nuran daha sonra "Günəşli" yatağında baş verən qəzada dünyasını dəyişənlərə Allahdan rəhmət diləyib.

Bütün xəbərlər Facebook səhifəmizdə