Türkiyəli aktrisa Türkan Şoray bu gün Bakıya gələcək. SİA-nın verdiyi xəbərə görə, aktrisa rejissorluğunu etdiyi "Uzaqlarda arama" filminin qala gecəsinə qatılacaq. Nizami Kino Mərkəzində baş tutacaq tədbirdə ekran işinin yaradıcı heyəti də iştirak edəcək. Ekran işində baş rolu Türkan Şorayın qızı Yağmur Ünal canlandırıb.
Qeyd edək ki, "Kara sevda" filmində "Emir Kozcuoğlu" rolunu oynayan aktyor Kaan Urgancıoğlunun da bu gün paytaxtımıza gəlişi gözlənilir. Aktyor "Uzaqlarda arama" filmində də çəkilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB