Türkiyəli aktyor Cem Yılmazın "Ali baba və 7 cücələr" filminin Bakıda qala gecəsi keçiriləcək. SİA-nın verdiyi xəbərə görə, gecə dekabrın 17-də Nizami Kino Mərkəzində baş tutacaq. Tədbirdə Cem Yılmazın iştirakı da gözlənilir. Filmdə Çetin Altay, Zafer Algöz kimi aktyorlar da rol alıb.
Qeyd edək ki, ekran işində müğənni İradə İbrahimovanın "Neyləyək" mahnısı səsləndirilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB