Bəstəkar “Günəşli” yatağında ölənlərə mahnı həsr etdi

Bəstəkar “Günəşli” yatağında ölənlərə mahnı həsr etdi

Bəstəkar Sevinc Ağasıyeva "Günəşli" yatağında baş vermiş hadisədə dünyasını dəyişmiş insanlara mahnı bəstələyib. SİA-ya bu haqda bəstəkarın özü danışıb: " "Xəzərin sevgisi" mahnımı "Günəşli" yatağında baş vermiş hadisədə dünyasını dəyişmiş insanlara həsr edirəm. Bir neçə hissədən ibarət bir əsərdir. Onun ilk hissəsini nə vaxtsa "Günəşsiz" adlandırmaq,onu xalq acısına, insan faciəsinə həsr edəcəyim yazarkən heç ağlımdan keçməzdi. Çox üzülürəm. Allah rəhmət eləsin".

Bütün xəbərlər Facebook səhifəmizdə