Bu ifaçımız da münsifləri heyran etdi

Bu ifaçımız da münsifləri heyran etdi

"O səs Türkiyə" yarışmasında Ravi Əkbər adlı azərbaycanlı iştirak edib. SİA-nın verdiyi xəbərə görə, o, Tofiq Quliyevin "Sənə də qalmaz" mahnısını oxuyub. Münsiflərdən müğənni Ebru Gündeş və Murad Boz sənətçinin ifasını bəyənib. Ravi Əkbər sonda Murad Bozu seçib.

Qeyd edək ki, yarışmanın digər münsifləri müğənni Hadisə, Gökhan və Hakan Özoğuz qardaşlarıdır.

Bütün xəbərlər Facebook səhifəmizdə