13 aydır həbsdə olan müğənni serialda

13 aydır həbsdə olan müğənni serialda

"Eşkiya Dünyaya Hükümdar Olmaz" serialında hazırda həbsxanada olan müğənni Deniz Seki rol alacaq. SİA-nın türk mətbuatına istinadən verdiyi xəbərə görə, baş rollarında Oktay Kaynarca və Deniz Çakırın oynadığı ekran Deniz Seki ilk dəfə həbsxanadan ekranda görünəcək. O, serialda ssenariyə görə həbsə düşən Meryem Çakırbeyli obrazının (Deniz Çakır) dostu olacaq. Müğənni həbsxanda yazıb bəstələdiyi mahnını da ilk dəfə serialda səsləndirəcək.

Qeyd edək ki, ifaçının "əzab çəkdiyimiz yer sadəcə cəhənnəm deyil, heç kimin eşitmədiyi bir yerdir" sözləri sosial mediada izləyiciləri kədərləndirib.

Bütün xəbərlər Facebook səhifəmizdə