Bir müddət öncə Leyla Əliyevanın sözlərinə yazılmış "Milliard raz" adlı mahnısını təqdim edən Ələsgər Əliyev yaradıcılıq işlərini davam edir. SİA-nın verdiyi xəbərə görə, ölkənin bütün radio stansiyalarında səslənən "Milliard raz" mahnısının ardınca Ələsgər xalq artisti Fidan Hacıyeva ilə duet oxumaq qərarına gəlib. Fidan Hacıyeva isə Ələsgərin ifası ilə öncədən tanış olduğu üçün onun duet təklifini qəbul edib. Beləliklə "Arşın mal alan" dueti ərsəyə gəlib və dinləyicilərin ixtiyarına verilib. Mahnı üç dildə ifa olunub. "Arşın mal alan" öncə Azərbaycan dilində, daha sonra rus və ingilis dilərində səsləndirilib. Ələsgər yeni duetinə klip çəkdirmək niyyətindədir. Müğənni bu yaxınlarda yeni fotosessiyasını təqdim edəcək.
Xalq artisti Fidan Hacıyeva: "Ələsgər duet oxumaq təklifini edəndə böyük məmnuniyyətlə qəbul etdim. Çünki o uzun müddət Moskvada fəaliyyət göstərən zamandan bəri onun ifası ilə tanış idim. Çox şadam ki, o artıq doğma vətənində fəaliyyətə başlayıb. Bu dueti uğurlu hesab edirəm. Hələ onunla çox layihələrimiz olacaq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB