Mədəniyyət işçilərinin tanınmışları "Günəşli" yatağında baş verən qəza ilə bağlı dünyasını dəyişənlərin ailəsinə başsağlığı verib. SİA-ya onları təqdim edir:
Xalq artisti Flora Kərimova: "Ailəsindən aylarla uzaqda bir tikə çörək pulu üçün isti ocaqlarından uzaq olub, hər bir əziyyətə qatlanan, zəhməti və alın təri ilə şərəfli bir məsləkin sahibi olan hər bir vətən oğlunun itkisi xalqımın, millətimin yanğı yeridir. Ruhları qarşısında baş əyirəm, onları hər gedişində ürəkləri qubarlı, nigarançılıqla yola salan ailələrinə səbr diləyirəm. Millətim, hər dərdinizə şərikəm".
Xalq artisti Alim Qasımov:"Allah ölənlərə rəhmət eləsin. Amin. Allah vəfat edən neftçilərimizin ailələri və yaxınlarına səbr versin".
Xalq artisti Aygün Kazımova:"Allah ölənlərə rəhmət eləsin. Bir ildə iki böyük yanğın və böyük sayda itki... 19 may və 4 dekabr... Başın sağ olsun Azərbaycan".
Müğənni Günay İbrahimli: "Allah rəhmət eləsin"
Rejissor Kənan M.M: "Vətən başın sağ olsun demək asandır. Birdə itki verənlərin ailəsindən sor".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB