Nailə Mirməmmədli şəxsi həyatından danışdı

Nailə Mirməmmədli şəxsi həyatından danışdı

Bəstəkar Nailə Mirməmmədli rejissor Nail Naiboğlunun müəllifi olduğu "STOP" layihəsində qonaq olub. SİA-nın verdiyi xəbərə görə, bəstəkar işlədiyi müğənnilərdən, həmkarlarından, şəxsi həyatından maraqlı faktlar acıqlayıb: "İlk mahnımı xalq artisti Brilliant Dadaşova oxuyub. Bu, mənim üçün yaşıl işıqdır. İllər sonra daha bir xalq artisti Faiq Ağayevlə bir araya gəldim".

Nailə xanım zamanında küsülü olduğu sənətçilərdən də söz açıb: "Mən heç kimdən mahnı geri almıram. Amma hansısa ifaçıdan bəstəmi geri almışamsa, buna səbəb olmalıdır. Ya sənətçi yaxşı oxumayıb, ya da mahnımı üzə çıxarmayıb. İlk dəfə bu haqda açıqlama verirəm ki, "Bilərsənmi" mahnısının sponsoru sözlərin müəllifi idi. Onunla Almaz arasında anlaşılmamazlıq yarandı. Şairə xanım da bu bəstəni Almazın səsləndirməsinə qadağa qoydu. O vaxt da Röya qrupdan ayrılmışdı. Həmin mahnını Röyaya verdik. Yəni burda Röyanın günahı yoxdur".

Layihə zamanı Nailə xanım zamanında küsülü olduğu həmkarları Xanım İsmayılqızından və Nadir Əzimovdan da söz açıb: "Xanımla üz-üzə gəlib bölə bilmədiyimiz nəsə olmayıb. Sadəcə ordan-burdan eşidirəm ki, Xanım arxamca danışır. Xanımın oğlu rəhmətə gedəndə Faiq Ağayevdən xahiş etdim ki, məni onlara aparsın. Çünki mən də o faciəni yaşamışam. Xanımın faciəsinə acıyıb, onunla barışdım. Qaldı ki, Nadir Əzimovla bizim münasibətə aparıcılardan biri aramızı vurmaq istədi. Amma alınmadı. Telefonla da olsa, danışıb, aramızdakı incikliyi aradan qaldırdıq".

Nailə Mirmmədli şəxsi həyatından da danışıb: "Hikmətin ölümündən sonra özümdə cəsarət tapıb, ayaqda durdum. Çünki balalarımı böyütməli idim. Hazırda qaynanayam. Oğlumun seçimi ürəyimcədi. Çünki, gəlinimlə və onun anası ilə əvvəlcədən tanışıq idik. Hazırda xoşbəxtəm və bu xoşbəxtçiliyimi mane olanlara "STOP" deyirəm. Bu günə kimi tək başına hörmət qazanıb, ailəmi dolandırmışam. Bundan sonra da bacararam. Heç kimin köməyi mənə lazım deyil".

Bütün xəbərlər Facebook səhifəmizdə