Ebru Gündəş əməliyyatdan sonra

Xəbər verdiyimiz kimi müğənni Ebru Gündəş apendisitdən (kor bağırsaq) əməliyyat olunub. SİA-nın türk mətbuatına istinadən verdiyi xəbərə görə, ifaçı əməliyyatdan sonra "İnstagram" səhifəsində sevənlərinə səhhətinin yaxşı olduğunu yazıb: "Kiçik apendisit əməliyyatı olundum. Gözəl diləkləriniz üçün çox sağ olun".

Qeyd edək ki, ifaçı "O səs Türkiyə" yarışmasının çəkilişlərindən sonra qarnında şiddətli ağrılar başlayaraq dərhal xəstəxanaya yerləşdirilmişdi.

Bütün xəbərlər Facebook səhifəmizdə