İzzət: "Hər kəs cəzasını çəksin"

İzzət: "Hər kəs cəzasını çəksin"

Müğənni İzzət Bağırzadəni özündən çıxarıblar. SİA-ya bu haqda açıqlama verən sənətçi "İnstagram" izləyicilərinin bəzilərindən gileylənib: "26 ildir bu sahədə öz mədəniyyətimlə, ifamla, dinimlə imanımla tanınmışam. Bu sahədə əziyyət çəkmişəm. Dünən izləyicilərdən biri gecə saat 4-də səhifəmdə nalayiq sözlər işlədib. Səhər yuxudan oyanıb, baxanda çox əsəbiləşdim. Ümumiyyətlə fikir verirəm sanki insanlarımız daha aqressiv olub. Bu xüsusi ilə də müğənnilərdə özünü göstərir. Bir şəkil paylaşırsan, baxırlar müğənninin ayağına, saatına, geyiminə irad tuturlar. Özü də bilərəkdən gecə vaxtı yazırlar ki, həmin an bu adama cavab verə bilməyim. Bəzi şəxslər müğənnilər haqda hər gün nə qədər yersiz tənqidlər söyüşlər yazır. Biz sənətçilər də insanıq, daşdan, betondan deyilik. Əlbəttə hər insanın zəif nöqtəsi var. Burdan bütün izləyicilərimə səslənirəm ki, nəsə yazanda öncə düşünün sonra qeydlər yazın. Məni təhqir edən şəxsi bu gündən etibarən məhkəməyə verəcəm. Hər kəs cəzasını çəksin".

Bütün xəbərlər Facebook səhifəmizdə