23 yaşlı müğənni Selena Gomez jurnalların biri üçün müsahibə verib. SİA-nın türk mətbuatına istinadən verdiyi xəbərə görə, ifaçı keçmiş illərinə geri dönərək acınacaqlı həyatından söz açıb: "Uşaqlıqda maddi baxımından əziyyət çəkmişəm. Anamla küçələrdə pul axtarmışıq. Çox pulumuz olmadığı üçün hər zaman makaron yemişik. Onu da deyim ki, mənim müğənni olmağıma səbəbkar anam olub".
İfaçı hazırda yaradıcılığında etdiyi yeniliklərdən də söz açıb: "Bu ay beşinci dəfə solo konsert verəcəm. Eyni zamanda sayca ikinci olan "Revival" adlı albomumu çıxardacam".







Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB