Müğənnilər Kamil Cəfərov və Şəbnəm Əsədovanın xeyli müddətdir üzərlərində işlədikləri duetləri hazır olub. SİA-ya bu haqda bəstəkar Ruslan Əhmədoğlu məlumat verib: "Şəbnəmlə Kamilin yeni ərsəyə gətirdikləri bəstə "Yaranmışıq biz" adlanır. Mahnının sözləri mərhum prokror atam Əhməd Həsənovun, musiqisi mənim, aranjimanı İlkinə aiddir. İnanıram ki, uğurla mahnı olacaq və dinləyicilər tərəfindən bəyəniləcək".
Qeyd edək ki, bir neçə gün bundan öncə bəstənin bir hissəsi sosial şəbəkədə duet ortaqları tərəfindən yayımlanmışdı. Sənətçiləri izləyənlər Şəbnəmi Kamilə duet ortağı kimi yaraşdırmırdılar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB