Sima üçün Anar Türkiyəyə getdi

Türkiyənin "İşte benim stilim" yarışmasına qatılan azərbaycanlı model Sima Şərafəttinova bu dəfə də söz-söhbətə səbəb olacaq geyimi ilə hər kəsin qarşısına çıxıb. SİA-nın verdiyi xəbərə görə, Sima yarışmada bu dəfə bahalı geyimə üstünlük verib. Belə ki, o, üst geyiminin qiymətinin 7 min manat olduğunu bildirib. S.Şərafəttinova imici üzərində stilist Anar Ağakişiyevin işlədiyini bildirib: "Bakıdan stilist dostum gəlib. Dünyaca məşhur model İrina Şeyki makiyaj edən stilist mənim üçün Türkiyəyə gəldi".

Qeyd edək ki, iştirakçının bu libası yarışmaçılar və münsiflər arasında səs-küy yaradıb.

Bütün xəbərlər Facebook səhifəmizdə