24 saat "İnstagram" da oturan müğənnimiz

24 saat "İnstagram" da oturan müğənnimiz

Müğənni Vüqar Muradov əsəbləşib. SİA-nın verdiyi xəbərə görə, sənətçi "İnstagaram" da ünvanına yazılanlardan yorulduğunu bildirərək hər kəsi dostluqdan silib: "Əziz və dəyərli dostlarım, bu gündən mən heç kimi izləməyəcəm. Çünki əsəb və psixoloji baxımdan böyük əziyyət çəkirəm, heç bir iş-güc görə bilmirəm. Yuxum, əsəb sistemim pozulub. Burada izlədiklərim ən yaxınlarım və ailə üzvlərimdir. Artıq dərəcədə xahiş edirəm heç kim məndən inciməsin. İnstaqram məndə xəstəlik yaradıb. 24 saat "İnstagram"da otururam, bu xəstəlikdən qurtulmaq istəyirəm. Fikrimə hörmətlə yanaşıb, dəyər verəcəyinizə əminəm. Haqqınızı halal edin. Hörmət, sevgi İnstaqramda izləməklə olmur. Sevgi insanın qəlbində olur. Sizi sevməyimə, dəyər verməyimə şübhəniz olmasın".

Bütün xəbərlər Facebook səhifəmizdə