Zamiq konsert verəcək FOTOLAR

Təşkilatçı və teleaparıcı Aynur Hacıyeva yeni layihəyə start verir. SİA-ya bu haqda aparıcının özü məlumat verib: "Layihə yerli şou-biznes nümayəndələrinin konsertlərini təşkilindən ibarət olacaq. Bu silsilədən ilk konserti Zamiq verəcək. Hər ay bir neçə məşhur sənətçinin konsertini təşkil edəcəm. Çıxışlar müxtəlif məkanlarda nəzərdə tutulub. Zamiqin çıxışı əyləncə məkanlarının birində nəzərdə tutulub. Bu ənənə xaricdə mövcuddur, bizdə niyə olmasın? Bu, konsert vermək istəyən şou nümayəndələri üçün stumul olacaq. İnsanlara canlı musiqi, əsl sənət nümayiş etdiriləcək. "Show woman" oldğum üçün bu layihəni səviyyəli şəkildə ərsəyə gətirəcəyimə əminəm. Zamiqin konserti dekabrın 11-nə nəzərdə tutulub.

Zamiqin və Aynurun yeni fotolarını təqdim edirik:

Bütün xəbərlər Facebook səhifəmizdə