Bəstəkar Sevinc Ağasıyeva şəxsi həyatı haqda maraqlı fikirlər səsləndirib. SİA-ya açıqlama verən bəstəkar atası haqda söz açıb: "Məni musiqiyə atam həvəsləndirib. Atam Məmməd Ağasıyev canlı konservatoriyadır. Onun qədər muğamı, musiqi ədəbiyyatını bilən yoxdur. Şeirlər yazır, arada musiqi də bəstələyir. "Leyla" mahnımın sözlərini də o yazıb. Atam çox gözəl tarzəndir".
Bəstəkar xanım onu sevdirən ilk mahnısından da söz açıb: "İlk dəfə "Səndən ayrı" mahnımı Cavid Hüseyn ifa etdi. Ancaq şou-biznesə gəlməyimə səbəb olan mahnı Aygün Kazımovanın ifa etdiyi "My baby" mahnısı idi. Mahnının əsl adı Meggidir və mən bu mahnıda Aygün xanımı gördüm. Bu mahnılar mənim adımı tanıtdı, amma özüm fərd olaraq kölgədə qaldım. Səbr etdim və mənim da zamanım yetişdi. Ümumiyyətlə, mən mahnılarımda cavanı da, uşağı da, yaşlını da fikirləşirəm ki, hər kəs özünə uyğun nəsə tapsın. Mənə həmişə deyirlər ki, sən elit və zövqlü çevrənin bəstəkarısan, düşündürücü əsərlərin var. Mənim mahnılarımı oxuyan müğənnilər də eyni çevrənin müğənniləridir. Ancaq "Əziz müəllimim" mahnısı həm çoxdan məktəbi bitirmiş yaşlı insanların, həm də müasir müəllim və şagirdlərin sevimli mahnısına çevrildi".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB