Müğənni Damla dünyasını dəyişmiş ifaçı Şəfa Hüseynovanın repertuarına müraciət edib. SİA-nınverdiyi xəbərə görə, ifaçı bəstə haqqında fikirlərini bölüşüb: "Şəfa xanım "Sevgi qatarı" mahnısını məndən daha yaxşı oxuyub. Mən bu bəstəni sırf olaraq Ş.Hüseynovanın xatirəsinə oxumuşam. Bu mahnını ifa etməklə gözə girmək niyyətində deyiləm. Bəziləri sosial şəbəkələrdə yazıblar ki, ölü ilə reklam qazanır. Belə düşünən insanlara ayıb olsun. Mən təmiz ürəklə bu addımı atmışam. Mən "Sevgi qatarı" mahnısını səsləndirdim ki, mahnı daima yaşasın".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB